"Prezident Kuboku"nda neçə komanda iştirak edəcək?

Mayda Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə "Prezident kuboku" keçiriləcək. Bu barədə Sportinfo.az-a məlumatı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev verib. Onun sözlərinə görə, turnirin təşkil olunacağı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təsdiqlənib.


Beynəlxalq turnirdə iştirak edəcək komandaların sayının 6-8 arası olacağı gözlənilir. Turnirdə Gürcüstan, Türkiyə və İran klubları ilə yanaşı, Azərbaycan Premyer Liqasından və I Divizionundan da 1 komanda iştirak edəcək. Birinci yerə çıxan komandaya Türkiyədə hazırlanan kubok təqdim olunacaq. 


Turnirə tanınmış futbolçulardan birinin dəvəti də gözlənilir. Sözügedən yarışmaya mayın 25-də start veriləcək. R.Musayevin bildirdiyinə görə, "Prezident kuboku"nun ənənəvi hal alması planlaşdırılır: "Naxçıvan rəhbərliyi turnirin yüksək səviyyədə təşkilinə yardımçı olacağına söz verib. Hələlik iştirakçıların sayı dəqiqləşməyib. Bu mövsüm Premyer Liqada mövsümə aprelin son həftəsində yekun vurulacaq. Ona görə də bu turnir yerinə düşdü. Çalışacağıq ki, "Prezident kuboku" növbəti illlərdə də keçirilsin".

Tarix: 18 Mart 18:14    Oxunub: 602    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Mart 2017
26 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.