Gürcü Azərbaycan klublarının Avroliqada çıxış etməsinin səbəbini açıqladı

"Legionerlər olmadan orta Avropa səviyyəsinə yaxınlaşmaq çətin olacaq. Gənc və istedadlı oyunçuları alqışlayıram. Bu yol davam etdirilməlidir Eyni zamanda komandalar elə legionerlərə malik olmalıdırlar ki, yerliləri öyrətsinlər. Bu, Avropa kuboklarında uğurlu çıxış üçün faydalı olar" - Sportinfo.az xəbər verir ki, bunu "İnter" və Gürcüstan millisinin sabiq futbolçusu Laşa Salukvadze "Lelo" qəzetinə müsahibəsində deyib.

 

Hazırda Tbilisi "Dinamo"sunda çıxış edən 36 yaşlı müdafiəçinin fikrincə, məhz səviyyəli legionerlər sayəsində qitəmiqyaslı turnirlərdə yaxşı nəticə vermək olar: "Azərbaycan, Belarus və Qazaxıstan klubları avrokuboklarda qrup mərhələsində mütəmadi çıxış edirlər. Bilirsiniz niyə? Çünki onların yaxşı legionerləri var. Biz istedadlı futbolçulara malikik və oyun baxımından artırmağa elə də ehtiyac yoxdu. Problem yaxşı legioner seçimindədi. Bizə faydalı olacaq əcnəbi futbolçular lazımdı"

Tarix: 18 Mart 15:33    Oxunub: 310    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.