Prezidentdən gələn mövsüm Premyer Liqada çıxış edəcək klubların say haqda AÇIQLAMA

Növbəti mövsüm Premyer Liqanın necə klub mübarizə aparacaq? 10, yoxsa 12? Bu suala AFFA-nın illik hesabat konfransı və İcraiyyə Komitəsi son nöqtəni qoymadı. Federasiya məsələnin müzakirəsini gələn aya saxlayıb.

 

Apreldə də olmasa, mayın əvvəllində, ya da ortasında müzakirələrin nəticəsi qətiləşdiriləcək. AFFA rəhbərliyinin də etiraf etdiyi kimi, burda əsas maliyyə təminatıdı. Yəni ki, hansı klubların maddi durumu əlverişli olsa, onlar da elitada qüvvəsini sınayacaq.

 

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Sportinfo.az-ın sorğusuna belə cavab verib: "Qərar vermək üçün hələ vaxt var. Mən bu sualın cavabını indi verə bilmərəm. Çünki hər günün, hər dəqiqənin öz hökmü var. Bu gün sizə nə desəm, nə vəd etsəm, yalan demiş olaram. Məndən olsa, çempionatda kifayət qədər çox komandanın iştirak etməsini istərəm".

Tarix: 18 Mart 11:23    Oxunub: 718    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Noyabr 2017
21 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.