FOTO - Bu dahi məşqçi kimin millimizə qarşı oynamasını istəmir?

"Bavariya"nın ulduzu Jerom Boatenq İngiltərə və Azərbaycan yığmalarına qarşı oyunlara klubun baş məşqçisi Karlo Ançelotti ilə məsləhətləşmələrdən əsasən çağırılmayıb. Sportinfo.az-ın məlumatına görə, bu barədə italiyalı mütəxəssisin özü açıqlama verib.

 

O, 29 yaşlı müdafiəçi ilə əlaqədar Bundestimin baş məşqçisi Yoahim Lövlə danışdığını bildirib: "Lövə dedim ki, Boatenqin durumu milliyə münasibdir. Lakin ona fiziki vəziyyətini daha da yaxşılaşdırmaq üçün vaxt lazımdır".

 

"Bavariya" Bundesliqanın XXV turunda Mönhenqladbax "Borussiya"sının qonağı olacaq. Ançelotti martın 19-da keçiriləcək görüşdə Boatenqə bir neçə dəqiqə şans vermək istədiyini də əlavə edib. Almaniya martın 22-də İngiltərə ilə Dortmundda yoldaşlıq görüşündə, martın 26-da isə Bakıda Azərbaycanla 2018-ci il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək

Tarix: 18 Mart 11:10    Oxunub: 166    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.