Millimizin üzvü: "Almaniya ilə oyundan yaxşı heç nə ola bilməz"

"Almaniya ilə oyunda stadion tam dolacaq, inanılmaz atmosfer olacaq" - Sportinfo.az xəbər verir ki, bunu Almaniya mətbuatına açıqlamasında Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.

 

II Bundesliqada çıxış edən "Aue"nin 27 yaşlı yarımmüdafiəçisi bildirib ki, Azərbaycan yığmasının 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçirəcəyi görüş onun üçün xüsusi önəm daşıyır.

 

Nazarov rəqibin dünyanın ən yaxşı "11-liy"inə sahib olduğunu qeyd edib: "Biz doğma azarkeşlər qarşısında İtaliya və Xorvatiya kimi komandalara qarşı da oynamışıq. Amma bu oyundan yaxşı heç nə ola bilməz. Almaniya millisi dünya çempionatının son qalibidir və baş məşqçi Yoahim Lövün sərəncamında ən yaxşı "11-lik"lərdən biri var. Ümid edirəm ki, baş məşqçimiz Robert Prosineçki qarşıdakı oyunda mənə şans verəcək".


Azərbaycan yığmasının heyətində keçirdiyi 22 oyunda 5 qola imza atan Nazarov xorvatiyalı baş məşqçi ilə daim əlaqədə olduğun söyləyib. "Aue"nin "penal adamı" futbolda hər şeyin mümkün olduğunu və Almaniya ilə görüşdə bütün güclərini sərf edəcəklərini vurğulayıb.

Tarix: 18 Mart 10:18    Oxunub: 93    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Mart 2017
27 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.