Azərbaycan millisi Bakıda Bundestimə qol vursa…

Almaniya millisinin rekordu Bakıda qırıla bilər. Sportinfo.az xəbər verir ki, bunun üçün 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan hər iki görüşdə Bundestimin qapısına yola tapan Azərbaycan yığmasının martı 26-da Bakıda bu rəqiblə baş tutacaq növbət oyunda da fərqlənməsi lazımdı.


Cari seçmə qrup mərhələsinə San Marino (8:0), Şimali İrandiya (2:0), Çexiya (3:0) və Norveç (3:0) kollektivləri üzərində qələbə ilə başlayan almanlar ümumilikdə 16 qol vurmaqla yanaşı, öz qapılarını toxunulmaz saxlamağı bacarıblar.

 

Lakin martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada Robert Prosineçkinin baş məşqçisi olduğu Azərbaycan millisi rəqibini məyus etməklə Bundestimə bu göstəricini yaxşılaşdırmasına imkan verməmiş olacaq.

 

Seçmə qrup mərhələsində yer aldığı C qrupunda keçirdiyi 4 oyundan 7 xal toplayan Azərbaycan San Marino və Norveçi 1:0 hesabı ilə məğlub etdiyi halda, Şimali İrlandiyaya 4 cavabsız qolla uduzub. AÇ-2012-nin seçmə mərhələsində də Almaniya ilə eyni qrupda yer alan Azərbaycan səfərdə 1:6, evdə isə 1:3 hesabı ilə uduzub. Həmin görüşlərdə müvafiq olaraq artıq heyətə dəvət almayan Vaqif Cavadovla Murad Hüseynov fərqləniblər.

Tarix: 18 Mart 09:39    Oxunub: 163    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

30 Mart 2017
29 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.