"Azərbaycanla oyun mənim üçün əla şansdı” - Alman hücumçu

“Hər bir alman futbolçu bu dəqiqə mənim yerimdə olmaq istəyər. Çünki əsas milli komandanln formasını geyinmək hər bir futbolçunun ən böyük arzusudu” - Sportinfo.az xəbər verir ki, bu sözlər Almaniya millisinin futbolçusu Timo Verner deyib.

 

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq komandaya ilk dəfə dəvət edilən hücumçu bunu özü üçün əla şans hesab edir: “Gənclərdən ibarət millimizin heyətində 48 oyunda iştirak etmişəm. Fikrimcə, əsas milliyə dəvət almağın vaxtı idi. Üstəlik, bəzi futbolçularla çoxdan tanışam.

 

Serj Qnarbi və Coşua Kimmixlə birgə çıxış etmişəm, Julian Brandt isə ən yaxın dostlarımdan biridir. Manuel Noyer, Tomas Müller, Toni Kross və Məsut Özil kimi futbolçularla birgə məşq etmək möhtəşəm olacaq. Milliyə uyğunlaşmaq, atmosferi hiss etmək baxımından Azərbaycanla oyun mənim üçün əla şansdı”.

Tarix: 18 Mart 09:26    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Aprel 2017
27 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.