"İçəri"dən çıxan prezidentdən hamını təəccübləndirəcək qərar!

"Bu xəbər doğrudu. Prezidentimiz həbsdən çxıb. O, dünən gəlib bizimlə görüşdü. Çox vaxtı yox idi. 10-15 dəqiqəlik iclas keçirdi. Dedi ki, başqa işlərim var, gəlir. Bu gün saat 14:30-da növbəti toplantımız olacaq" - "Şərurspor"un prezidenti Əfqan Talıbov Sportinfo.az-a açıqlamasında yaydığımız məlumatı təsdiqləyib.


AFFA İntizam Komitəsinin dünən verdiyi qərarla I Diviziondan uzaqlaşdırılan "Şərurspor"un prezidenti Sərdar Bağırov azadlığa buraxılıb. İş adamı həbsxanadan birbaşa "Bakı"nın Biləcəridə yerləşən bazasına gəlib və fəaliyyətini dayandırmış komandasının üzvləri ilə görüşüb.

 

Bağırov vergidən yayınmaqda ittiham olunurdu. Yanvarın ilk günlərində Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən saxlanılmışdı. Bu müddətdə Kürdəxanı istintaq təcridxanasında saxlanılırdı.


Talıbovun sözlərinə görə, Bağırov klubun fəaliyyətini dayandırmayacaq: "Bizə dedi ki, saat 14:30-da stadionda olun. Biz indi "Bakı"nın bazasındayıq, prezidenti gözləyirik. AFFA futbolçulara azad agent statusu versə də, tapşırdı ki, hamınız bir nəfər kimi gəlin. Saat 3-də "Energetik"lə oyunumuz olmalıydı. Bilmirəm rəqibimiz Mingəçevirdən durub gələcək, ya yox. Onlardan məlumatımız yoxdu.

 

Prezidentimiz deyir ki, AFFA "Şərurspor"un çempionatdan uzaqlaşdırılmasıyla bağlı mənə məktub göndərməyib, heç bir fakt təqdim etməyib, komanda oyun saatında meydançaya çıxmalıdı. O, daha sonra AFFA-ya gedib, rəhbərliklə görüşəcək. İstəyir ki, ona danışılmış oyunlarda iştirak etməyimizlə bağlı fakt versinlər.

 

İntizam Komitəsinin qərarından çox narazıdı. Dedi, bu məsələ yerdə qala bilməz, hər şeyi araşdıracam. "Şərurspor"u dağıtmayacaq. Həmişəki qaydada məşqlərimizi edəcəyik. Gələn mövsüm hansı adla divizionda oynayacağımızı isə deyə bilmərəm. Sərdar müəllim bu barədə nə fikirləşdiyini söyləməyib".

 

Tarix: 17 Mart 14:00    Oxunub: 706    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.