Bakıda narkotika ilə tutulan futbolçu türmədən çıxdı - FOTOLAR

Novruz Bayramı münasibətilə imzaladığı əfv fərmanının icrasına başlanılıb. Sportinfo.az xəbər verir ki, fərmanın icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xətti ilə KİV nümayəndələri, hüquq müdafiəçiləri cəzaçəkmə müəssisələrində olublar. 

 

Məhbuslar ilk olaraq 10 saylı cəzaçəkmə müəssisəsindən azad olunublar. Bəhs edilən cəzaçəkmə müssisəsində 27 nəfər azad edilib. Əfv olunanlar arasında 2 nəfər xarici ölkə vətəndaşı da var. Narkotika ticarətinə görə həbs edilən Nigeriya vətəndaşı Flip Okvara 8 ildən sonra azad edilib (musavat.com).

 

F.Okvara azad edildiyi üçün prezidəntə təşəkkür edib. Nigeriyalı keçmiş məhbus həbsdə olduğu müddət ərzində Azərbaycan dilini də öyrənib: "Narkotikə görə həbs edilmişdim. Azad olunduğum üçün çox sevinirəm. Burada Azərbaycan dilini də öyrəndim. Vətənimə qayıtMağı düşünürəm".

 

Eyni maddə ilə həbs edilən digər Nigeriya vətəndaşı Odeks Emanuel vaxtı ilə futbolçu olub: "Peşəkar futbolçu idim. Narkotikə bulaşdım və həbs edildim. 8 il idi ki, burada cəza çəkirdim. Bu mənə dərs oldu".

 

 

Tarix: 17 Mart 14:12    Oxunub: 582    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.