Azərbaycanın yunan-Roma yığması Dünya Kubokunda finala yüksəldi

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası İranın Abadan şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib. Sportinfo.az xəbər verir ki, Akif Əliyevin baş məşqçi əvəzi olduğu kollektiv B qrupundakı son görüşündə Ukraynanı məğlub edib - 5:3.


Yığmanın heyətində Taleh Məmmədov (59 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq) və Orxan Nuriyev (98 kq) rəqiblərindən güclü olublar. Kamran Məmmədov (66 kq), Rafiq Hüseynov (80 kq) və Oyan Nəzəriani (130 kq) isə məğlubiyyətlə üzləşiblər.

 

Bunadək Azərbaycan yığması Türkiyə və Belarusu da eyni hesabla üstələyib. Finalda Azərbaycanın rəqibi digər yarımqrupun qalibi Rusiya olacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Tarix: 17 Mart 13:00    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.