ÖZƏL! Elxan Məmmədov Kamran Ağayevi "Boavişta" ilə müqaviləni pozmağa qoymadı

Bu gün Portuqaliya Premyer Liqasında 26-cı tura start veriləcək. Milli komandamızın üzvləri - Kmran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" səfərdə "Eştoril"in qonağı olacaq. 25 turdan sonra “Boavişta” 33 xalla 8-ci, onun rəqibi “Eştoril” isə 21 xalla 15-ci yeri tutur.


Hər iki həmyenrlimizin "Eştoril"ə qarşı matçda start heyətdə yer almayacağı gözlənilir. Ötən turlarda olduğu kimi. Səbəblər aydındı – Mahmudov zədədən sonra əsas heyətə düşmürsə, Ağayevin problemi rəhbərliklədi. Yığmamızın qapıçısı müqaviləni uzatmaq təklifini geri çevirib. "Benfika" ilə 3:3 bitən səfər m atçından sonra böyük qalmaqalın içində yer alan Kamranın 3 turluq cəza müddəti bitsə də, 1 aydan çoxdu əlcək geyinmir. Və artıq deyə bilərik ki, mövsümün axırınadək geyinməyəcək.


O, həftəsonu Azərbaycana dönəcək. Sportinfo.az-ın məlumatına görə, AFFA rəhbərliyi Ağayevi növbəti dəfə qərarından çəkindirib. Portuqaliyadakı durumundan olduqca rahatsız olan kiper klubla müqaviləsini bu həftə birtərəfli pozmaq istəyib. Mayın sonunadək oyun praktikasının azlığından əziyyət çəkəcəyini bilən "əlcək sahibi" tez geri dönmək fikrinə düşüb. Ki, mayın əvvəlində start götürəcək İslamiada öncəsi beynin olaraq rahatlıq tapsın.

 

AFFA-nın baş katibi Elxan Məmmədov bu məqsədlə onu Bakıya – məsləhətləşməyə çağırıb. Hər şey qarşıdakı bir neçə gün içində dəqiqləşəcək. Məmmədov federasiya ilə "Boavişta" yönətimi arasında münasibətlərin pozulmasından ehtiyat edir, ona görə də problemi "sülh yolu" ilə aradan qaldırmaq niyyətindədi.

Tarix: 17 Mart 12:24    Oxunub: 574    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Noyabr 2017
21 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.