ÖZƏL! "Şəmkir"in prezidentinə stadionda yumruq vurdular

Çempionluq iddiasıyla sezona başlayan "Şəmkir" dünənki günü, yəqin ki, heç vaxt unutmayacaq. Badri Kvaratsxeliya yeni iş yerində ikinci məğlubiyyətini doğma publika önünndə aldı. Öncə Tovuzda keçmiş komandasına – "Turan"a uduzmağın üzüntüsünü yaşayan gürcü mütəxəssis bu dəfə "Mil-Muğan"a boyun əydi.

 

Son turları bərbad keçirən İmişli təmsilçisi səfərdə 2:0 hesabıyla qalib gəldi və qərblilərin birincilik şanslarını faktiki olaraq minimuma endirdi. 37 xala malik "Şəmkir" turnir cədvəlinin 6-cı pilləsinə enib. Artıq lider "Turan"dan 12 xal geridədilər.

 

Bu uğursuzluqlar yerli azarkeşləri də zinhara gətirib. Səbri daşan fanatlar matçdan sonra futbolçulara kəskin etiraz bildirib, klub rəsmilərinə narazılıq ediblər. Polislər aranı sakitləşdirməyə, mübahisəni yatırmağa çalışıb. Asayiş keşikçiləri bu zaman tərəfdarlardan birini stadiondan uzaqlaşdırmaq istəyib.

 

Elvin Səfərli hadisələrin cərəyan etdiyi nöqtəyə yaxınlaşan anda gözləmədiyi situasiya ilə qarşılaşıb. Ətrafdakı şəxslərdən biri klub prezidentinin sifətinə yumruq zərbəsi endirib. Bununla, sanki ocağın üstünə benzin tökülüb. Ortalıq növbəti dəfə qarışıb, arada məzhəb itib. Elvin bəy daha sonra ona əl qaldıran şəxslə arenanın yaxınlığındakı ağaclığa çəkilib və söhbət qarşılıqlı "çürüdülüb". 

 

SPORTİNFO.AZ

Tarix: 17 Mart 11:00    Oxunub: 767    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Aprel 2017
27 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.