"Şəmkir"in hücumçusu: "Biz çempionluq üçün oynayırıqsa…"

Sportinfo.az "Şəmkir"in hücumçusu Fərmayıl Əliyevin müsahibəsini təqdim edir:


Badri Kvaratsxeliyanın oyun taktikası sizi razı salır?
- Badri Kvaratysxeliya həm yaxşı insan, həm də yaxşı məşqçidi. Ümumiyyətlə, məşqçilər korpusundan hamımız razıyıq. Bizi layiq olduğumuz yerə aparacaqlarına inanırıq. Badri Kvaratsxeliyanın gəlişindən sonra oyun baxımından komandada çox dəyişikliklər olub.

 

Yəni Badri “Şəmkir”i çempion edəcək gücdədi?
- Bəli. O, işini yaxşı bilən və hər an lazım olan qərarı verməyi bacaran baş məşqçidi. “Şəmkir”lə futbolçu kimi yaşadığı çempionluğu məşqçi kimi də yaşayacağına inanırıq. 


“Şəmkir”də hansısa çətinliklər var?
- Yox, komandamızda heç bir çətinlik yoxdu. Həm maddi, həm də mənəvi cəhətdən hər bir məsələmiz anında həll olunur. 


Səncə, çempion olmaq üçün şansınız var?
- Bəli, var. Bizim tək istəyimiz çempion olmaqdı. “Şəmkir”ə bunun üçün gəlmişik. Komandadakı hər bir futbolçunun düşündüyü ancaq çempionluqdu.Hələ heç nə bitməyib. Biz bitdi deyənə qədər.


Amma etiraf edək ki, “Turan Tovuz"a məğlub olmasaydız, şansınız daha çox olardı. 
- Doğrudu. Amma o məğlubiyyət ümidlərimizi və istəyimizi sındırmayıb. Biz son oyuna kimi mübarizə aparacağıq.


Həmin məğlubiyyətin əsas səbəbi nə idi? 
- Əsas heyət futbolçularımızın bir çoxunun olmamağı. Zədəlilər və cəzalılar bizim məğlub olmağımıza gətirib çıxardı.


Çox iddialı danışdın. Çempionatın sonuna da az qalıb. Necə düşünürsən, qarşıdan gələn matçlar içində ən çətin oyununuz hansıdı?
- Biz çempionluq üçün oynayırıqsa, bizim üçün çətin rəqib yoxdu. Düzdü, hər bir komandaya hörmətlə yanaşırıq. Amma heç kimdən çəkinmirik.

Tarix: 17 Mart 09:12    Oxunub: 201    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.