"İndiyə kimi heç vaxt bu cür məsələlərdə ittiham olunmamışam"

"Danışılmış oyunlarla bağlı cəzalandırılmağımdan xəbərim var. Lakin qərarı ədalətsiz hesab edirəm" - Sportinfo.az xəbər verir ki, bunu danışılmış oyunlarda iştirakı qismən sübuta yetirildiyi üçün 2016/2017 mövsümünün sonuna qədər futboldan uzaqlaşdırılan "Rəvan"ın müdafiəçisi Cəmşid Məhərrəmov deyib.

 

Azərbaycan milli komandasının sabiq üzvü olan 34 yaşlı futbolçu bildirib ki, barəsində çıxarılan qərarla razı deyil. O, hökmlə bağlı apellyasiya şikayəti verməyə lüzum görmədiyini söyləyib: "Niyə cəzalandığımdan baş aça bilmirəm. Danışılmış oyunlarda iştirak etməmişəm. Bu cür qərar vermək üçün sübut olmalıdı.

 

Bu günə qədər heç kim qarşıma hansısa dəlil qoymayıb. Məni tanıyanlar yaxşı bilirlər ki, Cəmşid Məhərrəmov heç vaxt belə işə qol qoymaz. Uzun illərdir futbol oynayıram. İndiyə kimi heç vaxt bu cür məsələlərdə ittiham olunmamışam.

 

Qərardan şikayət etməyəcəm. Çünki mənası yoxdu. Çıxış etdiyim klubu da çempionatdan kənarlaşdırıblar. Mövsümün sonu olduğundan başqa komandaya keçməyin də anlamı yoxdu. Bizə azad agent statusu verilib. Növbəti mövsüm istədiyim yerə gedə bilərəm" (report).


AFFA İntizam Komitəsi danışılmış oyunlarla bağlı araşdırmalarının yekunu olaraq, 9 oyunçuya danışılmış oyunlarda iştirakları qismən sübut edildiyi üçün 2016/2017 mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyəti qadağan edib.

Tarix: 16 Mart 14:12    Oxunub: 188    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.