"AFFA-nın belə qərar vericəyi ağlıma gəlməmişdi"

"Mən tutduğum vəzifədən 10 gün əvvəl istefa vermişdim. Oğlumun səhhətindəki problemlərlə əlaqədar belə qərar vermişdim. Keçmiş komandamın çempionatdan kənarlaşdırıldığını az əvvəl eşitdim" - Sportinfo.az xəbər verir ki, bunu AFFA İntizam Komitəsinin qərarı ilə I Diviziondan kənarlaşdırılmış "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib.

 

AFFA İntizam Komitəsi UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” və “Şərurspor”u I diviziondan kənarlaşdırıb. O, qərarı təəssüflə qarşıladığını bildirib:

 

"Bu, heç də yaxşı hal deyil, çox pis dəyərləndirirəm. Mən buna inanmıram. Keçmiş futbolçulara borcumuzun ödənilməyəcəyi halda aşağı liqaya göndəriləcəyimizi bilirdim. Amma danışılmış oyunlarda iştirak səbəbindən belə qərar veriləcəyi ağlıma gəlməmişdi". 

 

B.Həsənov qış fasiləsindən sonra cəmi 2 oyunda - "Turan Tovuz"la "Zaqatala"ya uduzduqlarını söyləyərək, bunları yol yorğunluğu ilə əlaqələndirib. Onun fikrincə, II dövrədə danışılmış oyunda iştirakları mümkün deyil: "Çünki qış fasiləsində heyəti gücləndirmişdik. Ağır oyunlardan qalib ayrılmışıq. Bilmirəm səbəbi nədədir. Ötən gün "Şərurspor" və "Göyəzən" komandalarının adları çəkilib. Amma "Rəvan"ın adı danışılmış oyunlarda hallanmayıb" (report).

Tarix: 16 Mart 13:12    Oxunub: 265    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.