AFFA-dan hakimi söyən kasıba verdiyi cəza: 5 oyun+400 manat

AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda birinci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub: Birinci divizionun 19-cu turunun “Səbail” - “Turan Tovuz” matçının 90+2-ci dəqiqəsində “Səbail”in futbolçusu Saşa Yunisoğlu sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

Birinci divizionun 19-cu turunun “Energetik” - “Ağsu” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Energetik”in baş məşqçisi Sahib Qocayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 400 manat cərimə olunub.

 

Birinci divizionun 19-cu turunun “Qaradağ Lökbatan” - “Şahdağ” matçının 73-cü dəqiqəsində “Şahdağ”ın futbolçusu Elçin Sədullayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

Birinci divizionun 19-cu turunun MOİK - “Rəvan” matçının 65-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Birinci divizionun 19-cu turunun “Bakılı” - “Şəmkir” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Tarix: 16 Mart 13:00    Oxunub: 141    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.