ŞOK QƏRAR! İki "qumarbaz" klub I Diviziondan uzaqlaşdırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb: UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı aşağıdakı qərarlar qəbul edilsin:

 

- Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə, onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilsin:
 
Şahdağ (Qusar)
1. İqrar Səmədov
2. Uce Cukenyere
 
Rəvan (Bakı)
1. Elvin Əliyev
2. Cəmşid Məhərrəmov

 
Göyəzən (Qazax)
1. Arzuman Vəliyev
2. Tunar Şahtaxtinski

 
Energetik (Mingəçevir)
1. Elvin Əlizadə
2. Kamran  Lalayev
3. Ruslan Həmidov

 
- Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I diviziondan kənarlaşdırılsın.

 

- Hər iki klub I divizionda oyunların 50 % -dən çoxunda iştirak etdyinə görə hər iki kluba növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət verilsin.

 

- I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilsin.

 

- Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın.

 

- Hakim Anar Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin.

 

- “Şahdağ” FK-nın inzibatçısı Rəfael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilsin.

Tarix: 16 Mart 11:48    Oxunub: 483    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.