"Yayda yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm"

Məşhur britaniyalı sabiq "Formula-1" pilotu, hazırda şərhçi kimi fəaliyyət göstərən Devid Kulthard iyunun 23-25-də Azərbaycan Qran Prisinin keçiriləcəyi trass ilə tanış olub. Sportinfo.az xəbər verir ki, təşkilatçıların gördüyü işlərdən razılığını bildirib.


"Bu il Qran Prinin ötənilkindən də maraqlı keçəcəyinə əminəm. Bolidlərin ölçüləri böyüyüb, trasın dar hissələrini keçmək indi pilotlara daha çətin olacaq. Yayda yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm", - deyə D.Kulthard vurğulayıb.


Bu il üçün gözləntilərindən danışan D.Kulthard "Ferrari " və "Mersedes" komandalarının yeni mövsümə yaxşı hazırlaşdığını deyib: "Təəssüf ki, keçmiş komandam "Maklaren" üçün bu mövsüm də yəqin acınacaqlı olacaq. "Red Bull" komandasını da hesabdan silmək olmaz".


Azərbaycan Qran Prisinin səfiri təyin olunması barədə danışan D.Kulthard hər dəfə Bakıda olan zaman qonaqpərvərlik və şəhərin gözəlliyi ilə rastlaşdığını bildirib: "Niyə görə də bunu təşviq etməyim?!"

Tarix: 15 Mart 16:12    Oxunub: 137    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.