Rəhimov: "Bu bəyanat bizim üçün sürpriz oldu"

"Formula-1"in yeni sahiblərinin, "Liverty Media"nın rəhbəri Qreq Maffeyin bəyanatı bizim üçün sürpriz oldu" - Sportinfo.az xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Qran Prisini promouteri Arif Rəhimov Q.Maffeyin Azərbaycanın "Formula-1" markasını təşviq etməməsiylə bağlı bəyanatını şərh edərkən deyib.


A.Rəhimov "Formula-1"in yeni rəhbərliyinin Bakıdakı yarışın necə maraqlı keçdiyini gördükdən sonra fikirlərini dəyişəcəklərinə ümid etdiyini vurğulayıb. O, "Formula-1" haqqında çox şey bilməyən şəxsdən belə fikir eşitməyin qəribə olduğunu əlavə edib:


"Bildiyimə görə, Maffey bir dəfə Qran Pridə iştirak edib. Bakıdakı yarışı isə həm pilotlar, həm də rəsmi şəxslər uğurlu adlandırmışdı. Buna görə də bu cür bəyanatı anlamaq çətindi".

Tarix: 15 Mart 15:36    Oxunub: 143    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.