Ağsuda futbol oynayan məktəbli faciəvi şəkildə öldü

Ağsunun Kəndoba kəndində bədbəxt hadisə baş verib. Sportinfo.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Əli Mehman oğlu Əliyev dünyasını dəyişib. O, məktəbdə aldığı başın əzilməsi, sol-gicgah sümüyünün sınığı və beyinə qan sızma xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Uşağın vəziyyəti ağır olduğu üçün ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra təcili Bakı şəhərinə göndərilib. 5-ci sinif şagirdi olan Əli Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Kənd sakinlərinin sözlərinə görə, Əli Əliyev məktəbdə sinif yoldaşları ilə futbol oynayarkən yıxılıb.

 

Sonradan onun hündürlükdən yıxıldığı məlum olub. Belə ki, saat 17-18 arasında məktəbdə dərsin yekunlaşdığı vaxt uşaqlar stadionda futbol oynamağa başlayıb. Bu zaman 11 yaşlı Əli futbola baxmaq üçün nərdivana bənzəyən idman qurğusuna çıxıb. Futbol oynayan uşaqları izləyərkən o, yıxılıb və başından ağır xəsarət alıb. 

 

Ağsu Rayon Prokrorluğundan da bildirilib ki, Əli Əliyev təhsil aldığı məktəbin həyətində uşaqlarla oynayarkən ehtiyatsızlıq edib və yıxılaraq başı daşa dəyib. Bədənin müxtəlif nahiyələrindən xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Tarix: 15 Mart 00:34    Oxunub: 418    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.