Alman jurnalistlərin Azərbaycan haqqında təəssüratları

Xəbər verdiyimiz kimi, Almaniyanın məşhur "Kikker" nəşrinin reportyor qrupu 3 gün paytaxt Bakının qonağı oldular. Dünyaca ünlü dərginin Beynəlxalq Departamentinin rəhbəri Hardi Hasselbruk və müxbirlər Azərbaycanda bir sıra görüşlər keçiriblər.


Qonaqlar AFFA-nın inzibatı binasında baş katib Elxan Məmmədov və millimizin baş məşqçisi Robert prosineçki ilə görüşərək martın 26-da DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində Bakıda baş tutacaq Azərbaycan - Almaniya qarşılaşması barədə də fikir mübadiləsi aparıblar.


Bakı, milli komandamız, Azərbaycan futbolu haqqında reportaj hazırlayan alman həmkarlarımız nəşr üçün eyni zamanda Məmmədov, xorvat mütəxəssis və federasiyanın Texniki Direktoru Bernhard Lippertdən də müsahibə alıblar.


Maraq üçün bildirək ki, “Kicker”in nümayəndə heyətinin Azərbaycana səfərini, AFFA rəsmiləri ilə görüşlərini birbaşa olaraq Sportinfo.az saytının baş redaktoru İlkin Vaqifoğlu təşkil edib. Alman həmkarlarımız Azərbaycana səfərlə bağlı təxminən 2 aydı ki, təcrübəli jurnalistə müraciət ediblər:


“Əvvəlcə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluna, baş katib Elxan Məmmədova minnətdarlığımı bildirirəm. Səfər 2 ay əvvəl baş tutmalı idi. Sadəcə, Elxan Məmmədovun başı UEFA İcraiyyə Komitəsinə üzv seçilməsinə görə seçki kampaniyasına qarışmışdı, tez-tez ölkə xaricində olurdu. Buna baxmayaraq, səfərin-görüşün baş tutmasında yarımçı oldular, vaxt ayırdılar. Qonaqların ölkəmiz haqqında təəssüratları çox yüksəkdi”.

Tarix: 14 Mart 18:48    Oxunub: 161    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Aprel 2017
27 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.