Hökumət Premyer Liqanın sponsoru ilə bağlı qərar verdi

Nazirlər Kabineti “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişiklik edib. Sportinfo.az xəbər verir ki, qaydaya əsasən Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarını yalnız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) həyata keçirə bilər.
 
Dəyişiklik mərc oyunları operatorunun mərc oyunlarının təşkili və oynanılması ilə bağlı aşağıdakı hüquq və vəzifələri ilə bağlıdı. Dəyişikliyə əsasən, operatorun hüquq və vəzifələri artırılıb. Bundan sonra operator idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda dərhal Gənclər və İdman Nazirliyinə, maliyyə bazarlarına nəzarət orqanına və prokurorluğa məlumat verməlidi. Azərbaycanda idman mərc oyunlarının operatoru və Premyer Liqanın titul sponsoru "Topaz"dı.

Tarix: 14 Mart 17:24    Oxunub: 563    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.