İslamiadanınn səfirləri "Neftçi"də master-klass keçdi - FOTO

IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsli olan gənclər üçün master-klasslara start veriblər. Sportinfo.az xəbər verir ki, ilk master-klass cüdo üzrə olub.

 

"Neftçi" klubunun təlim bazasında Olimpiya mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov tərəfindən təşkil olunmuş seminarın iştirakçıları öyrənməklə yanaşı, həm də çox şən və maraqlı vaxt keçiriblər.


Bu gün Olimpiya Güləş Mərkəzində baş tutacaq güləş üzrə master-klassda olimpiya mükafatçısı Hacı Əliyev iştirak edəcək. Martın 15-də "Bayıl Arena"da reallaşacaq futbol üzrə master-klass isə Azərbaycan milli komandasının üzvü Ruslan Abışov tərəfindən keçiriləcək.

Tarix: 14 Mart 12:48    Oxunub: 70    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2017
25 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.