1:1 günü - “Qarabağ” AZAL-la, “Neftçi” “Qəbələ” ilə

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 22-ci turuna yekun vurulub. Sportinfo.az xəbər verir ki, çempionatın lideri “Qəbələ” Bakı səfərində “Neftçi” ilə qarşılaşıb. Mükafatlar uğrunda mübarizə aparan rəqiblərin görüşü qarşılıqlı hücumlar şəraitində keçib. Liderə çatmaq üçün qalib gəlmək iddiasında olan meydan sahibləri hesabı 30-cu dəqiqədə açıb.

 

Bakılıların heyətində Uqo Barqas fərqlənib. Hüseynqulu Quliyevin yetirmələri 10 dəqiqə sonra hesabda tarazlıq yaradıb. “Qırmızı-qaralar”ın bərabərlik qoluna Murad Musayev imza atıb – 1:1. Bu, matçda vurulan son qol olub. Komandaların ikinci yarıdakı səylərinə baxmayaraq, hesab dəyişməz qalıb. Beləliklə, paytaxt səfərindən 1 xalla dönən “Qəbələ” xal hesabını 45-ə çatdırıb və liderliyini qoruyub. 

 

“Neftçi” - “Qəbələ” 1:1
Uqo Barqas, 30 - Murad Musayev, 40.

 

“Qarabağ” - AZAL 1:1
Kamran Nəsirov, 88 - Eltun Hüseynov, 2

N Klublar O Q H M T-F X
1 Qəbələ 22 14 3 5 46-24 45
2 Qarabağ 22 12 6 4 42-24 42
3 Neftçi 22 13 3 6 43-23 42
4 İnter 22 9 6 7 19-17 33
5 Kəpəz 22 7 6 9 25-33 27
6 Zirə 22 7 6 9 28-29 27
7 Sumqayıt 22 6 1 15 31-55 19
8 AZAL 22 3 3 16 26-55 12

Ramil Hasanov ("Qəbələ") - 11 qol
Renat Aşurov (AZAL) - 10 qol
Vüqar Nadirov ("Qarabağ") - 8 qol

Tarix: 14 Mart 09:36    Oxunub: 139    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.