"Topaz"da uduzdu, atasını öldürdü, anasını bıçaqladı - VİDEO

Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Sportinfo.az lent.az-a istinadən xəbər verir ki, Əbilov küçəsi ev 18/12 ünvanında atası 55 yaşlı Sadiq Sadıqovu bıçaqlayaraq öldürən 30 yaşlı Emin Sadıqovun külli miqdarda qumar borcu olub. Xeyli vaxtdı mərc oyunları ilə məşğul olan Eminin külli miqdarda borcu yaranıb və hadisə bu səbəbdən baş verib.
 
Bildirilir ki, E.Sadıqov məhz qumar borcuna görə oğurluq etdiyi üçün məhkum edilib. Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham edilən gənc bir neçə ay əvvəl həbsxanadan çıxıb və köhnə vərdişindən əl çəkməyərək yenidən mərc oyunlarına pul qoymağa başlayıb.

 

Nəticədə çıxılmaz vəziyyətə düşən E.Sadıqov atasında evi satmasını istəyib. Sadiq Sadıqov buna etiraz etdikdə evdə münaqişə yaranıb və oğul atasının döş qəfəsinə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürüb. Eminin atasını öldürməsinə mane olmaq istəyən anası Yasəmən Sadıqova da bıçaq xəsarətləri alıb. Araşdırmalar davam etdilir. 

 

Tarix: 14 Mart 00:24    Oxunub: 467    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.