Azərbaycan komandası Hollandiyadan 10 medalla qayıdır

Hollandiyanın Eyndhoven şəhərində keçirilən "Dutch Open” beynəlxalq turnirinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, G1 kateqoriyalı yarışın son günündə Azərbaycanın gənc və böyüklərdən ibarət yığma komandaları 10 medal qazanıb.

 

Sonuncu yarış günündə gənc taekvondoçu Xanoğlan Kərimov (45 kq), böyüklərdən isə Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və olimpiya çempionu Radik İsaev (+87 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Qadın taekvondoçu Darya Şkurko (62 kq) finala yüksəlsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.


Yarışın ilk günündə isə böyüklər arasında mübarizədə Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayxan Tağızadə (68 kq) bürünc, gənclərdən isə Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) bürünc medala sahib olub. Beləliklə, Azərbaycan taekvondoçuları beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Tarix: 13 Mart 18:32    Oxunub: 34    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

30 Mart 2017
29 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.