"Orda epizodları izləyən 50 nəfər var idi, 50-si də başını tutdu"

Azərbaycan nümayəndə heyəti Litvanın paytaxtı Vilnüsdə UEFA-ya üzv olan ölkələrin Hakimlər Komitəsinin sədrləri, təlimatçılar və fiziki hazırlıq üzrə məşqçilər üçün keçirilmiş seminarda iştirak edib. Sportinfo.az xəbər verir ki, bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.


X.Məmmədov bildirib ki, UEFA-nın təşkilatçılığı ilə baş tutan tədbirdə onun özü ilə yanaşı, AFFA-dan təlimatçı Yaşar Abbasov və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev iştirak edib. Komitə sədri seminarda qitə futbol qurumunun 2017/2018 futbol mövsümündə tətbiq edəcəyi yenilikləri müzakirə olunduğunu söyləyib:

 

"Futbol qaydalarında bəzi dəyişikliklər nəzərdə tutulub. Yenilikləri iyunda yerli federasiyalara göndərəcəklər. Həmçinin, bir sıra metodiki videoçarxlara, bir sıra mübahisəli epizodlara baxdıq. Elə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutan "Barselona" - PSJ görüşünü də orada izlədik.

 

Meydan sahiblərinin 6:1 hesabı ilə qalib gəldiyi matçda baş hakimin qərarlarını müzakirə etdik. Almaniyalı referi Deniz Aytekinin qonaqların qapısına təyin etdiyi penaltilər yanlış qərarlar idi. Orda epizodları izləyən 50 hakim-inspektor var idi, 50-si də başını tutdu".

Tarix: 13 Mart 13:24    Oxunub: 211    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Aprel 2017
27 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.