Təpik vurdu və başına yumruq endirdi: Çempionatda dava - VİDEO

Qarışıq döyüş növü üzrə Rusiya idmançısı Vladimir Mineyev Dağıstanda həvəskarlar arasında keçirilən çempionatda iştirak edib. Sportinfo.az xəbər verir ki, Mineyevin rəqibi dağıstanlı Əziz Cumaniyazov olub.

 

Döyüş Mineyev üçün o qədər də müvəffəqiyyətli alınmayıb. Yerli idmançı döyüş vaxtının çox hissəsində onu parterdə saxlayıb. Amma Cumaniyazov ikinci raundu sonuna yaxın qeyri-idmani hərəkətə yol verib. Belə ki, ayağa qalxaraq, rəqibini təpiklə vurub.

 

Mineyev dərhal yerindən sıçrayıb və rəqibinin başına yumruq endirib. Bundan sonra yerli döyüşçünün pərəstişkarları rinqə atılaraq Mineyevə hücum ediblər. Düzdür, gəlmə idmançının tərəfdarları da ringə atılıblar, amma onların sayı olduqca az olub.

 

İlkin məlumatlara görə, xoşbətlikdən hadisə nəticəsində heç kim zərər çəkməyib. Tədricən də olsa, ara sakitləşib və hər iki döyüşçü tribunanın altındakı otağa keçərək danışıblar. Daha sonra isə bir- birindən üzr istəyərək, əl sıxıblar. Vladimir Mineyev Fight Nights döyüşçüsüdü. Onun peşəkarlıq statistikasında 8 qələbə və 1 məğlubiyyət var. Ə.Cumaniyazov isə 2 dəfə qələbə qazanıb, 3 dəfə məğlub olub.

 

Tarix: 12 Mart 17:23    Oxunub: 182    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Aprel 2017
27 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.