"Kaş ki, ayrı düşəydik" - FOTO

“Əslində final gözləyirdim, lakin rəqibim güclü idi” - Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanan Xanım Hüseynova deyib.


81 kq. çəki dərəcəsində mübarizə aparan qadın cüdoçu bürünc medal uğrunda görüşdə azərbaycanlı idmançı ilə üz-üzə gəlməsinə münasibət bildirib. X.Hüseynova 3-cü yer uğrunda görüşdə Azərbaycan yığmasının üzvü Gülsədəf Kərimovaya qalib gəlib. O, komanda yoldaşına qarşı güləşməyin çətin olduğunu qeyd edib:


“Önəmli olan xaldı. İslam Həmrəyli Oyunları və “Tokio-2020” üçün xala ehtiyacımız var. Rəqiblərimiz çox səviyyəli idmançılar idi. Bürünc medal uğurunda görüşdə komanda yoldaşıma qarşı güləşmək çətin oldu. Ən yaxın dostumdur. Kaş ki, ayrı düşəydik. Böyüklər arasında qazandığım ilk medaldı”.

Tarix: 12 Mart 11:23    Oxunub: 195    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.