“Şükür, əziyyətimiz yerdə qalmadı, çempionluq gözləmirdim”

“Böyük Dəbilqə” Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdi. Yarış iştirakçıları dünya səviyyəli idmançılardı. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı” - Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycanın cüdo yığmasına ilk qızıl medalı qazandıran Rüfət İsmayılov deyib.


81 kq çəki dərəcəsində mübarizə aparan gənc cüdoçu bildirib ki, qızıl medal qazanması özü üçün gözlənilməz olub. O, qarşıdakı yarışlara daha ciddi hazırlaşacağını söyləyib: “Ən çətini 3-cü görüşüm oldu, bolqar cüdoçuya qarşı oyunu qeyd edərdim. Təbii ki, finaldakı rəqibim də çox güclü idi.

 

Böyüklər arasında keçirilən yarışlarda yeniyəm. Ona görə də çempionluq gözləmirdim. Bundan sonra da var gücümüzlə məşq edəcəyik. Bundan sonra da ölkəmizi layiqincə təmsil etməyə çalışacağam. Finaldakı rəqibim İran azərbaycanlısı idi, dilimizi bilirdi. Görüşdən sonra iki qardaş kimi söhbət etdik”.


Ardıcıllıqla Sünnatulla Əzimov (Özbəkistan), Dorin Qotonoaqa (Moldova), İvaylo İvanov (Bolqarıstan) və Kenya Koharaya (Yapoiya) qalib gələrək, finala vəsiqə qazanan R.İsmayılov, həlledici görüşdə İran idmançısı Afiq Səfərli Səid Mollayini məğlub edib.

Tarix: 12 Mart 11:10    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.