"Bilirdim ki, onun dözümü məndən zəifdi, hücum etməyə başladım"

“Rəqibimi yormağa çalışdım. Bilirdim ki, onun dözümü məndən zəifdi. Sonra hücum etməyə başladım və məndə alındı” - Sportinfo.az-ın məlumatına görə, bunu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanan Rüstəm Orucov deyib.


73 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı Olimpiya mükafatçısı 3-cü yer uğrunda görüşdə gürcü Laşa Şavdatuaşviliyə qalib gəldikdən dərhal sonra fikirlərini bölüşüb. O, döyüşün çətin alındığını söyləyib: “Bu yarışdı, uduza və uda bilərəm.

 

İlk 4 dəqiqədə özümü qoruyurdum. Çalışırdım girişməyəm. Yopniyalı rəqibimlə güləşəndə yüngül zədə aldım. Buz qoydum, keçdi. Gərək məşqləri bir az da artıraq. Yaponiyalı rəqibimlə başa-baş mübarizə apardım. Gələcəkdə onları udacağıq”.

 

R.Orucov 1/4 final mərhələsində Omari Niazaşvilini (Gürcüstan) məğlub etdikdən sonra çempionluğa gedən yoldan Riki Nakaya (Yaponiya) uduzub. Dmitri Kanivets ilə (Ukrayna) təsəlliverici döyüşdən üstün ayrılan Olimpiya mükafatçısı 3-cü yer uğrunda Laşa Şavdatuaşvilyə qalib gəlib.

Tarix: 12 Mart 10:31    Oxunub: 197    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.