Reynaldo "Adanaspor"da qaş düzəldən yerdə vurub "sarı" çıxartdı

Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir. Sportinfo.az xəbər verir ki, "Qarabağ"dan "Adanaspor"a transfer olunan Reynaldonun komandası səfərdə "Karabükspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Oyuna 68-ci dəqiqədə daxil olan Reynaldo, komandasının məğlubiyyətdən xilas olmaıs üçün ciddi heç nə ilə yadda qalmayıb. O, 84-cü dəqiqədə rəqibə qarşı kobud oynadığı üçün sarı vərəqə ilə cəzalandırılıb. Qeyd edək ki, "Adanaspor" 24 turdan sonra 17 xalla turnir cədvəlinin sondan ikinci pilləsində qərarlaşıb.

Tarix: 11 Mart 17:48    Oxunub: 279    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.