Millimiz Avropa kubokunda - 4 qızıl, 2 gümüş və 3 bürünc

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Sportinfo.az-ın məlumatına görə, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 5 medal yazdırıb.  

 

Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl , Adil Kərimli (90 kq) və Məhəmməd Abdullayev (90+) gümüş, Günel Bəkirzadə (57 kq), Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıb. 

 

Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında 2- ci yeri tutub. Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.

Tarix: 11 Mart 14:36    Oxunub: 76    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.