"Məndə səhv tutdu, yoruldum - nə qədər hücum etmək olar?"

Bakıda təşkil olunan cüdo üzrə Böyük Dəbilqə turnirində 60 kq çəki dərəcəsində bürünc medal qazanan Orxan Səfərov yarışla bağlı fikirlərini bölüşüb. Sportinfo.az 26 yaşlı idmançı ilə müsahibəni təqdim edir:


Bürünc medal qazandığınız üçün təbrik edirik. Yarış barədə nə deyə bilərsiniz?
- Turnir çox yaxşı təşkil olunub. Öz ölkəndə beynəlxalq yarışlarda çıxış etmək böyük məsuliyyətdir. Ona görə də güləşmək çətin olur, adam özünü rahat hiss etmir.
 

Nəticəni özünüz üçün uğurlu hesab edirsiniz?
- Uduzduğum görüşü nəzərə almasaq, bəli. Lakin Qusman Kirgizbayevə iki həftə əvvəl Parisdə qalib gəlmişdim. Bu dəfə nədənsə alınmadı. Bəlkə də, həddindən artıq məsuliyyətli yanaşdığım üçün belə oldu. Çempionluğa güləşirdim.

 

1/4 finalda Q.Kirgizbayevlə görüşdə nə baş verdi ki, uduzdunuz?
- Birincisi, hakim heç nədən mənə iki xəbərdarlıq verdi. Bundan sonra hücum etmək məcburiyyətində qaldım. Bu zaman isə rəqib məni səhvdə tutdu. Sonra da yoruldum, nə qədər hücum etmək olar?!
 

Qarşıdan Tbilisi və Antalya Qran-priləri var. Bu yarışların hər ikisində iştirak edəcəksiniz?
- Xeyr, Avropa çemionatına və İslam Həmrəyliyi Oyunlarına hazırlaşacağıq. Bu iki önəmli yarışda yaxşı çıxış etmək üçün təlim-məşq toplanışları keçməliyik.


Növbəti iki gündə cüdoçularımızdan nə gözləyirsiniz?
- Rüstəm Orucov, Hidayət Heydərov, Nicat Şıxəlizadə, Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Elxan Məmmədov, Elmar Qasımov və Uşanqi Kokauridən medal gözləyirəm.

 

Artıq sizin İslamiadada çıxış edəcəyinizi söyləmək olar?
- İnşallah, zədə-filan olmasa, çıxış edəcəyəm.

Tarix: 11 Mart 14:12    Oxunub: 196    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.