Bakıda təşkil olunan cüdo üzrə Böyük Dəbilqə turnirində 60 kq çəki dərəcəsində mükafatlandırma mərasimi keçirilib. Sportinfo.az xəbər verir ki, mükafatları Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə vitse-prezident Sadıq Sadıqov və Elnur Məmmədli təqdim edib. Bu çəkidə yaponiyalı Toru Şişime qızıl, özbəkistanlı Muxriddin Tilovov gümüş, azərbaycanlı Orxan Səfərov və bolqarıstanlı Yanislav Gerçev bürünc medal qazanıb.