"Böyük Dəbilqə"nin açılış mərasımında 31 ölkədən 184 nəfər

Heydər Əliyev adına İdman Sarayında start götürən cüdo üzrə Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib. Sportinfo.az xəbər verir ki, təntənəli mərasimdə əvvəlcə 31 iştirakçı ölkə təqdim olunub. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, Böyük Dəbilqə kimi nüfuzlu yarışın Azərbaycan paytaxtında keçirilməsi idmana dövlət səviyyəsində göstərilən qayğının nəticəsidir.

 

O, Bakıda I Avropa Oyunları, Formula 1 üzrə Qran Prinin, müxtəlif növlər üzrə dünya və Avropa çempionatlarının təşkilini misal göstərib. Nazir müavini bildirib ki, cüdo Azərbaycanda ən populyar idman növlərindən biridir. İ.İsmayılov Yay Olimpiya Oyunları, Avropa və dünya çempionatlarında çoxlu medalın qazanıldığını xatırladaraq, 31 ölkədən 184 cüdoçunun qatıldığı turnir iştirakçılarına uğurlar arzulayıb.


Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Prezident İlham Əliyevə və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevə Böyük Dəbilqənin hər il təşkilinə dəstək olduqları üçün minnətdarlığını bildirib. O, belə bir uğurlu yarışın təşkilatçılığını həyata keçirən ACF-ni təbrik edib.


Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev yarış iştirakçılarına dəvəti qəbul edərək turnirə qatıldıqları üçün minnətdarlıqlarını bildirib. O deyib ki, Böyük Dəbilqə artıq Azərbaycanda ənənəyə və böyük cüdo bayramına çevrilib. R.Abdullayev yarışı açıq elan edib. İJH-nin və Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra tədbir bədii hissə ilə davam etdirilib. 110 kişi və 73 qadın cüdoçunun qatıldığı Böyük Dəbilqəyə martın 12-də yekun vurulacaq.

Tarix: 10 Mart 16:48    Oxunub: 30    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Mart 2017
27 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.