Azərbaycan millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb

Martın 16-da İranın Abadan şəhərində start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Sportinfo.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Akif Əliyev, böyük məşqçi İlqar Abdulov və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında qonşu ölkəyə 12 güləşçi yollanacaq.


Azərbaycanı Rövşən Bayramov, Taleh Məmmədov (hər ikisi 59 kq), Kamran Məmmədov, Nofəl Babayev (hər ikisi 66 kq), Rəsul Çunayev, Həsən Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) təmsil edəcək. Bundan başqa beynəlxalq dərəcəli hakim Qərib Əliyev görüşləri idarə edəcək. 


İki gün davam eedəcək yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək. Azərbaycan milli komandası Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B qrupunda mübarizə aparacaq. Rusiya, Qazaxstan, İran və Almaniya komandaları isə A qrupunda yarışacaq. 

Tarix: 10 Mart 13:48    Oxunub: 218    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.