"Mənim köməyim lazımdısa, müdaxilə edib, məsələni yoluna qoya bilərik”

Rusiya yığmasının Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədovun transfer məsələsi həll olunmur. Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçunu “Spartak” transfer etmək istəyir. Ancaq “Lokomotiv” ona görə 5 milyon avro tələb edir. Tərəflər razılıq əldə edə bilmədiklərinə görə, Səmədovun transferi baş tutmur.

 

Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bu məsələyə münasibət bildirib. O, problemin həll olunması üçün səy göstərə biləcəyini deyib: “Səmədovun gələcək karyerası ilə bağlı narahatlıq yoxdu. O, böyük potensiala malikdi, yığmanın liderlərindən biridi. Qarşıda da yığmanın oyunları var. Mənim köməyim lazımdısa, müdaxilə edib, məsələni yoluna qoya bilərik”.

Tarix: 29 Dekabr 13:36    Oxunub: 178    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Fevral 2017
25 Fevral 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.