Yunan-Roma güləşi üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirilib - VİDEO

Bu il martın 16-da İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürəcək. Sportinfo.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib. 


Azərbaycan yığması Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. Rusiya, Qazaxstan, İran və Almaniya komandaları isə A yarımqrupunda yarışacaq. Martın 16-da yarımqrup görüşləri, ertəsi isə final görüşləri keçiriləcək. 2015-ci ildə keçirilən yarışda yunan-güləşçilərimiz Dünya Kubokunun sahibi olub.

 

Tarix: 10 Mart 00:08    Oxunub: 120    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2017
25 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.