Azərbaycan “Dutch Open” beynəlxalq turnirində iştirak edəcək

Azərbaycanın taekvondo üzrə böyülərdən və gənclərdən ibarət yığma komandaları martın 11-də Hollandiyanın Eyndhoven şəhərində start götürəcək “Dutch Open” beynəlxalq turnirində iştirak edəcəklər. Sportinfo.az-ın Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, sayca 44-cü olan yarış iki gün davam edəcək.


Böyüklərdən ibarət yığmanın heyətində 18 idmançı - kişilərdən Qaşım Maqomedov (54 kq), Mikayıl Əliyev (54 kq), Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Sina Bahrami (68 kq), Əliəsgər Əliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Payam Qobadi Oğaz (87 kq), Radik İsayev (+87 kq), qadınlardan Panis Esmaeilpour (46 kq), Patimat Abakarova (53 kq), Gülhanım Yeşildal (53 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) yer alıb.


Gənclərdən ibarət yığma isə Xanoğlan Kərimov (45 kq), Bəhruz Quluzadə (48 kq), Ayaz Qənbərli (51 kq), Samir Məhərrəmov (55 kq), Ruslan Seyidov (55 kq), Cavad Ağayev (63 kq), Minayə Əkbərova (42 kq), Mirvari Qəndərli (44 kq), Sevda Pirseyidova (46 kq) və Zalikə Babayevadan (49 kq) təşkil olunub. Hər iki komanda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Eyndhovenə yollanıb. 

Tarix: 9 Mart 19:12    Oxunub: 109    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.