Azərbaycan cüdoçularının Böyük Dəbilqə turnirindəki ilk rəqibləri müəyyənləşdi

Martın 10-da Bakıda start götürəcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb. Sportinfo.az xəbər verir ki, püşk nəticəsində Azərbaycanın 28 kişi və 22 qadın cüdoçusunun rəqibləri müəyyənləşib. Böyük Dəbilqə turnirinə ümumilikdə 31 ölkədən 183 idmançı qatılacaq. Onlardan 110-u kişi, 73-ü qadındır. Martın 10-da qadınlar 48 kq, 52 kq, 57 kq və 63 kq, kişilər 60 kq, 66 kq, 73 kq, martın 12-də qadınlar 70 kq, 78 kq və 78 kq-dan yuxarı, kişilər 81 kq, 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Açılış mərasimi sabah saat 16:00-da, görüşlər isə hər gün saat 11:00-da başlanacaq.  

 

Kişilər:
60 kq

1/8 final. Mehman Sadıqov - Toru Şişime (Yaponiya)
1/8 final. Oruc Vəlizadə - Muxriddin Tilovov (Özbəkistan)
1/8 final. Natiq Qurbanlı - Erik Takabatake (Braziliya)
1/4 final. Orxan Səfərov - Qusman Kirgizbayev (Qazaxıstan) / Çaba Sabo (Macarıstan) cütünün qalibi


66 kq
1/8 final. Nicat Şıxəlizadə - Xojiakbar Olimov (Özbəkistan)
1/8 final. Emil Həsənov - Xerlen Qanbold (Monqolustan)
1/8 final. Vüqar Şirinli - Alireza Xojasteh (İran)
1/8 final. İlkin Babazadə - Barux İsmayılov (İsrail)


73 kq
1/16 final. Telman Vəliyev - Yeldos Jumakanov (Qazaxıstan)
1/8 final. Rüstəm Orucov - Martin Hojak (Sloveniya) / Omari Niazaşvili (Gürcüstan) cütünün qalibi
1/8 final. Elvin Mustafayev - Dmitri Kanivets (Ukrayna)
1/8 final. Hidayət Heydərov - İşen Amanov (Qırğızıstan) / Xikmatilox Turayev (Özbəkistan)


81 kq
1/16 final. Rüfət İsmayılov - Sünnatulla Əzimov (Özbəkistan)
1/16 final. Vüqar Bayramov - Georgi Papunaşvili (Gürcüstan)
1/8 final. Afiq Səfərli - Səid Mollayi (İran)
1/8 final. Tural Hüseynov - Uqanbatar Otqonbatar (Monqolustan)


90 kq
1/8 final. Aslan Mirzəyev - İslam Bozbayev (Qazaxıstan)
1/8 final. Tural Safquliyev - Bruno Mendonka (Braziliya)
1/8 final. Məmmədəli Mehdiyev - Vahid Nuri (İran) / Toni Miletiç (Bosniya və Herseqovina)
1/8 final. Abdulhaqq Rəsullu - Nemanya Maydov (Serbiya)


100 kq
1/8 final. Zəlim Kotsoyev - Aybek Serikbayev (Qazaxıstan)
1/8 final. Sənan Əhmədov - Mikloş Sirjeniks (Macarıstan)
1/4 final. Elmar Qasımov - Peter Paltçik (İsrail) / David Ozbetalaşvili (Gürcüstan)
1/4 final. Elxan Məmmədov - Qriqori Minaskin (Estoniya)


100 kq-dan yuxarı
1/8 final. Ayxan Cəfərov - Quram Tuşişvili (Gürcüstan)
1/8 final. Uşangi Kokauri - Kənan Abdulxanlı
1/8 final. İsa Hüseynov - Stanislav Bondarenko (Ukrayna)

 

Qadınlar
48 kq

1/8 final. Leyla Əliyeva - Şəfəq Həmidova
1/8 final. Şəfəq Məmmədova - Aleksandra Pop (Rumıniya)
1/8 final. Aişə Qurbanlı - Stefannie Arissa Koyama (Braziliya)


52 kq
1/8 final. Gülşən Nəzərova - Anya Stanqar (Sloveniya)
1/8 final. Gültac Məmmədəliyeva - Aqata Perenç (Polşa)
1/8 final. Nəzakət Əzizova - Sara Menezes (Braziliya)


57 kq
1/8 final. Günel Bəkirzadə - Gilmara Prudensio (Braziliya)
1/8 final. Leyla Şahin - Anna Kazyulina (Qazaxıstan)
1/8 final. Səkinə Zayirova - Kaya Kayzer (Sloveniya)
1/8 final. Şahanə Alməmmədova - Culiya Kovalçuk (Polşa)


63 kq
1/4 final. Xanım Hüseynova - Nuriyyə Axundova
1/4 final. Nərgiz Hacıyeva - Busra Katipoğlu (Türkiyə)
1/4 final. Gülsədəf Kərimova - Andreya Leski (Sloveniya)


70 kq
1/8 final. Aidə Baxışova - Aysel İmamverdiyeva
1/4 final. Nərgiz İbrahimova - Elvismar Rodriges (İJF)
1/4 final. Validə Mirzəzadə - Barbara Matiç (Xorvatiya)


78 kq
1/8 final. Günel Həsənli - Melina Skardua (Braziliya)
1/8 final. Mehriban İmamzadə - Samanta Soares (Braziliya)


+78 kq
1/8 final. Şəms Hacıyeva - Kamila Yamakava (Braziliya)

Tarix: 9 Mart 18:24    Oxunub: 68    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Aprel 2017
27 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.