Azərbaycan yığmasının yeni baş məşqçisi Rusiyadan olacaq

Azərbaycanın boks üzrə milli komandası yenidən əcnəbi baş məşqçiyə həvalə olunacaq. Sportinfo.az xəbər verir ki, bu barədə "Report"a federasiyanın baş katibi Nağı Səfərov məlumat verib. Onun sözlərinə görə, hazırda bir neçə ölkədən olan təcrübəli mütəxəssislə danışıqlar aparılır. Lakin N.Səfərov konkret adlar açıqlamayıb:

 

"Yeni baş məşqçi Rusiyadan da, Avropanın digər ölkələrindən də, hətta Amerikadan da ola bilər. İstəməzdik ki, indidən adını və ölkəsini açıqlayaq, danışıqlar nəticə vermədikdə isə arzuolunmaz durum yaransın. Amma namizədlərin hamısı zəngin karyeraya malikdirlər. İnanıram ki, yaxın vaxtlarda məsələ müsbət həll olunacaq və yeni baş məşqçimizi açıqlayacağıq".

 

Azərbaycan yığmasının əvvəlki baş məşqçi Pedro Roke "Rio-2016"dan sonra istefaya göndərilib. Federasiya rəsmisi İrlandiya yığmasının baş məşqçisi Zaur Antia ilə danışıqların alınmamasının səbəbini də açıqlayıb. O bildirib ki, gürcüstanlı mütəxəssisin özü hələ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları zamanı yaxınlaşaraq, Azərbaycan millisində çalışmaq istədiyini bildirib. Lakin İrlandiya Boks Federasiyası onu buraxmayıb. Bununla da məsələ qapanıb.

Tarix: 29 Dekabr 11:48    Oxunub: 411    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.