Bir ildə 1 pillə - SON REYTİNQ

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Sportinfo.az-ın məlumatına görə, son cədvəllə müqayisədə ciddi dəyişiklik baş verməyib. Planetin 10 ən güclü komandasının mövqeyi isə ümumiyyətlə dəyişməz qalıb. Burada Braziliya, İspaniya və Rusiya ilk “üçlük”də qərarlaşıb. Azərbaycan millisi də mövqeyini qoruyub.

 

Aktivində 1435 xal olan komandamız planetin 10-cusudu. 2015-ci ilin yekun siyahısı ilə müqayisədə isə komandamız 1 pillə yüksəlib. Bunda yığmamızın DÇ-2016-nın 1/4 finalına yüksəlməsi rol oynayıb. Ötən ili 11-ci tamamlayan yığmamızla yanaşı, Qazaxıstan da “onluğ”a bu il daxil olub. Onlar Xorvatiya və Kolumbiyanı buradan sıxışdırıb.
 
İlk “onluq”
1. Braziliya - 1915
2. İspaniya – 1891
3. Rusiya - 1758
4. Argentina - 1706
5. İtaliya - 1630
6. İran - 1605
7. Portuqaliya - 1583
8. Ukrayna - 1471
9. Qazaxıstan - 1465
10. Azərbaycan – 1435

Tarix: 29 Dekabr 08:12    Oxunub: 156    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Mart 2017
28 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.