Azərbaycan güləşçiləri Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə işirak edəcək

Sərbəst güləş üzrə Azərbaycan yığma komandası martın 10-da Türkiyənin İstanbul şəhərində start götürəcək Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə işirak edəcəklər. Sportinfo.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, üç gün davam edəcək sayca 45-ci yarışda baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında 5 pəhləvan mübarizə aparacaq.

 

Heyətdə Mahir Əmiraslanov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), İbrahim Usubov (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıb. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov Azərbaycanı təmsil edəcək. Turnirin proqramına əsasən, martın 10-da 57 kq və 70 kq, martın 11-də 61 kq, 74 kq və 125 kq, son yarış günündə isə 65 kq, 86 kq və 97 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.

Tarix: 8 Mart 00:40    Oxunub: 108    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.