Mübariz Mənsimov “Xəzər Lənkəran”ın borcu haqda: "YOXDU!"

“Xəzər Lənkəran” rəhbərliyi  “Futbol+” qəzetinin ona qarşı irəli sürdüyü ittihamlara cavab verib. Sportinfo.az-ın məlumatına görə, baş redaktor Mahir Rüstəmli “Palmali” şirkətlər qrupunun başçısı və klubun fəxri prezidenti Mübariz Mənsimova açıq məktub yazaraq, iş adamını qəzetə borclu olduğu 9 min manatı ödəməyə çağırıb.

 

Məktubda bildirilir ki, borc 2015-2016-cı illərdə qəzetdə yayımanmış reklama görə yaranıb. “Xəzər Lənkəran” yarandığı ilk günlərdən öz təşəbbüsü ilə Azərbaycanda idman mediasının dəstəklənməsi məqsədilə saytlar və qəzetlərlə əməkdaşlıq edib və bu günə qədər də müqavilələr üzrə öhdəliklərinin yerinə yetirib, - klubdan virtualaz.org-a göndərilən məktubda deyilir.

 

"Qeyd etməyə dəyər ki, klubumuzun heç zaman reklama ehtiyacı olmayıb və biz KİV-lə yalnız onların inkişafı naminə əməkdaşlıq etmişik. O ki qaldı “Futbol+”un müraciətinə, müqavilənin 6.1-ci bəndinə əsasən, klub birtərəfli qaydada sazişi poza bilər və bu da edilib. Beləliklə, “Xəzər Lənkəran” futbol klubunun qəzetə heç bir borcu yoxdu.

 

Digər ittihamlara gəlincə, qəzetin sahibi ilə klubumuzun nümayəndəsi arasında telefon danışığı baş tutub və bütün məsələlər nəşrin sahibinin nəzərinə çatdırılıb. Zərurət yaranarsa, danışığın məzmunu və digər təfərrüatları barədə ictimaiyyətə məlumat veriləcək”.

Tarix: 8 Mart 00:34    Oxunub: 548    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.