Bu siyahını Azərbaycan üçün uğurlu saymaq olar?

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Sportinfo.az-ın məlumatına görə, Bakıda keçiriləcək “Böyük Dəbilqə” öncəsi müəyyənləşən siyahını Azərbaycan üçün uğurlu saymaq olar. Belə ki, aparıcı cüdoçularımızdan Rüstəm Orucov yenə öz çəkisinin ən güclüsüdü.

 

73 kq çəki dərəcəsində lider olan Olimpiya mükafatçımız 3130 reytinq xalına malikdi. O, ikinci yerdə qərarlaşan yaponiyalı Soiçi Haşimotonu 199 xal qabaqlayır. Orucovdan başqa, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Elmar Qasımov (100 kq) da ilk “onluq”dakı yerini qoruyublar. Cüdoçularımız müvafiq olaraq, 2-ci, 7-ci və 2-cidi.
 
Onlar kimi, İlqar Müşkiyev (60 kq), Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyevin (90 kq), Elxan Məmmədov (100 kq) və Uşanqi Kokaurinin (+100 kq) də mövqeyi dəyişməyib. Təmsilçilərimiz yenə müvafiq olaraq, 18-ci, 33-cü, 22-ci, 12-ci və 21-ci yerdə qərarlaşıb.
 
Yığmamızın üzvlərindən Tərlan Kərimov (66 kq) 1 pillə geriləməklə, 53-cü yerə enib. Aişə Qurbanlı (48 kq) isə hazırda 49-cudu. O, 4 pillə geriləyib. Bakıda keçiriləcək “Böyük Dəbilqə” martın 10-12-də olacaq. 

Tarix: 7 Mart 11:24    Oxunub: 58    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Mart 2017
27 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.