Azərbaycan karateçiləri "Bosfor" turnirində 19 medal qazandı

Türkiyənin İstanbul şəhərində 30-cu beynəlxalq "Bosfor" turnirində iştirak edən Azərbaycan karateçiləri 19 medal qazanıblar. Sportinfo.az-ın məlumatına görə, medallarda 6-sı qızıl, 3-ü gümüş, 10-u isə bürünc əyarlıdı.


Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Asiman Qubanlı (+84 kq) və Rövşən Əliyev (kata) yarışın qalibi olublar. Tural Ağalarzadə (67 kq), Şahin Atamov (+84 kq) və İsmayıl Quliyev (kata) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.


Fərid Savadov (11 yaşlı uşaqlar, 35 kq), Hüseyn Məmmədli (13 yaşlı uşaqlar, 55 kq), Həsən Əliyev (16-17 yaşlı gənclər, 55 kq), Samir Məmmədov (75 kq), Orxan Heydərli (+84 kq), Tural Balcanlı (kata), Nuranə Əliyeva (50 kq), Fəridə Abiyeva (61 kq), həmçinin komanda yarışlarında İlahə Qasımova, Fəridə Abiyeva və Nuranə Əliyevadan ibarət kumiteçilər, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kataçılar bürünc mükafatlara layiq görülüblər. Turnirdə 1502 idmançı iştirak edib. Azərbaycan medal cədvəlində 25 ölkə arasında 2-ci yeri tutub.

Tarix: 6 Mart 17:48    Oxunub: 100    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.