Millimiz yeniyetmələr arasında Avropa ikincisi oldu

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna yekun vurulub. Sportinfo.az-ın məlumatına görə, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 5 medal yazdırıb.

 

Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl, Adil Kərimli (90 kq) və Məhəmməd Abdullayev (+90 kq) gümüş, Günel Bəkirzadə (57 kq), Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıb.

 

Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında 2-ci yeri tutub. Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.

Tarix: 6 Mart 12:48    Oxunub: 52    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Aprel 2017
27 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.