Diniyev onu bu cür "sındırdı"

"Kəpəz"in qapıçısı Tadas Simaitis əvəzedici heyətə göndərilib. Sportinfo.az-ın məlumatına görə, litvalı qolkiper ötən gün AZAL-ı 2:0 hesabı ilə yendikləri əvəzedicilərin oyununda meydana çıxıb. Baş məşqçi Şahin Diniyev bu qərarı Simaitisin oyun praktikasının itməməsindən ötrü verdiyini bildirib.

 

27 yaşlı qapıçının bu gün AZAL-la Premyer Liqanın XXI tur matçında "18-lik"də yer alıb. Simaitis fevralın 9-da "Kəpəz"in səfərdə "Sumqayıt"a 1:3 hesabı ilə uduzduğu XVII tur qarşılaşmasından sonra əsas heyətdən kənarda qalıb. Hazırda Gəncə təmsilçisinin qapısını Davud Kərimi qoruyur. 

Tarix: 5 Mart 18:18    Oxunub: 313    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2017
25 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.