Tağı Əhmədov generalla yarışı izlədi - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında VIII “Heydər Əliyev Kuboku” uğrunda turnirdə Azərbaycan və İran kikboksçuları rinqə çıxıblar. Sportinfo.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışda iki ölkənin ən güclü idmançıları öz güclərini sınayıblar.

 

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov yarışın əhəmiyyətindən söhbət açıb. O bildirib ki, bu cür yoldaşlıq görüşləri 2 ölkə arasında münasibətləri daha da inkişaf etdirir: “Azərbaycan idman ölkəsidir. Bütün idman növlərinə diqqət göstərilir. Bu yarış 2 ölkə arasında dostluq münasibətlərini daha da möhkəmlədəcək. Məqsədimiz idmanı gənclər arasında kütləviləşdirməkdi”.

 

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyev yarışın ənənəvi xarakter daşıdığını xatırladıb. O, bu yarışın Azərbaycan və ölkə xaricində daimi keçiriləcəyini də vurğulayıb: “Azərbaycanda idmana dövlət tərəfindən qayğı göstərilir. Bunun nəticəsi olaraq ölkəmizdə nüfuzlu beynəlxalq turnirlər keçirilir. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və idmana dəstək verən bütün şəxslərə təşəkkür edirəm. Çünki Azərbaycanda heç vaxt olimpiya və qeyri-olimpiya idman növləri fərqləndirilməyib. Hamısına eyni dərəcədə qayğı göstərilir”.

 

AKF-in rəhbəri idmanda kütləviliyin təmin olunmasından da söz açıb. O bildirib ki, bütün federasiyalarda işlər yüksək səviyyədə görülür: “Bu gün idmanla məşğul olan hər bir azərbaycanlı dünya, Avropa və ya olimpiya çempionu olmaya bilər. Amma onlar sabah milli ordumuzun əsgəri olacaqlar. Bu səbəbdən də idmanın kütləviləşməsində bir-birimizə dəstək verməliyik. Bugünkü döyüş isə iki ölkə arasında dostluq əlaqələrini daha da möhkəmlənməsinə xidmət edir. Biz yaxın qonşuyuq və bir-birimizdən lazımi təcrübəni öyrənməliyik”.

 

 

Tarix: 5 Mart 01:00    Oxunub: 319    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyul 2017
23 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.